…Türkiyə prezidenti Ərdoğanın səlahiyyətləri müvəqqəti olaraq Cevdet Yılmaza həvalə edilib. Son dələduzluq və mənimsəmə faktlarına görə İstanbulda 1545 nəfər həbs edilib. Birja İstanbulun baş direktoru da istintaqa cəlb edilib. Korkmaz Ergun fondlarla bağlı araşdırma çərçivəsində saxlanılıb. Birja İstanbulun rəhbərliyində dəyişiklik edilib. Baş direktor vəzifəsinin müvəqqəti icrası Atila Türeliyə həvalə olunub. Müxtəlif nazirlik və dövlət qurumlarında rəhbər vəzifələrə təyinatlar və vəzifədən azadetmələr baş verib. Türkiyə Parlamentində Kızılayın fəaliyyətinə dair qanun layihəsi gündəmdədir. (Daim türkləri arxadan vuran Fələstində görə Azərbaycan ilə münasibətləri bilərəkdən korlayan AKP hakimiyyəti xalqlarımız arasındakı qardaşlıq münasibətlərini və Turan Birliyinı mənasız yerə qurban verdi. Öz partiyasını parçalayan, koalisiya ortağını, ziyalı seçicilərinin böyük əksəriyyətini və orbital partiyaları Azərbaycana tərəf yönəldən AKP iqtidarı üçün bu səhv addımın ağır nəticələri olacaq.
Türkiyə ilə Azərbaycan arasındakı dostluq əbədidir, sarsılmazdır. AKP-dən olan azsaylı dindar funksionerlər bu dostluğa müəyyən qədər ziyan vura bildilər, amma xalqlarımız bu imtahandan da keçəcək. İkiüzlü siyasətin sonu yaxşı olmur. Azərbaycan dövləti ilə savaşanlar xoşbəxt olmur. Ən son bunu nüvə dövləti olan Fransa dəfələrlə etiraf edib…
Ədalət Verdiyev,
hərbi ekspert







