Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Meksika Prezidenti Klaudiya Şeynbaum və Braziliya lideri Luiz İnasio Lula da Silva Kubadakı ağır humanitar böhranla bağlı narahatlıqlarını ifadə ediblər və ABŞ-ın embarqosunun aradan qaldırılmasına çağırıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Sənədə əsasən, hər iki lider Kubaya qarşı embarqonun aradan qaldırılmasının vacibliyini bir daha təsdiqləyib və ölkənin ağır humanitar vəziyyəti ilə bağlı narahatlıqlarını bölüşüblər.
Tərəflər həmçinin enerji əməkdaşlığı və dövlətə məxsus neft-qaz şirkətləri Pemex və Petrobras arasında mümkün razılaşma da daxil olmaqla geniş ikitərəfli məsələləri müzakirə ediblər.
Bundan əlavə, Meksika və Braziliya ticarət sahəsində hüquqi çərçivəni yeniləmək barədə razılığa gəliblər, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər və Çilinin keçmiş prezidenti Mişel Baçeletin növbəti BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəklədiklərini bildiriblər.