Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın “Mehr” agentliyi ölkənin cənubunda raket zərbəsi nəticəsində dağıdılan içməli su anbarının və hadisə yerində aşkarlanan ABŞ istehsalı bomba qalıqlarının görüntülərini yayımlayıb.
Tezadlar.az xarici mətbuata istinadən xəbər verir ki, fotolarda ABŞ istehsalı olan GBU-39 seriyalı dəqiq idarə olunan bombaya məxsus hissələr əks olunub.
CNN-ə danışan silah mütəxəssisləri Trevor Boll və N.R. Cenzen-Counz qalıqların GBU-39 sursatına aid olduğunu bildiriblər.
Agentliyin yaydığı görüntülər İranın cənubundakı Bamani bölgəsində dağıdılmış su anbarını göstərir.
Hörmüzqan Su və Kanalizasiya Şirkətinin rəhbəri Əbdülhəmid Həmzəpurun sözlərinə görə, ümumi tutumu 2500 kubmetr olan iki beton su anbarı raket zərbələri nəticəsində tamamilə sıradan çıxıb.
“Tasnim” həmin su anbarlarının 20 minə yaxın sakinin içməli su təminatında istifadə olunduğunu bildirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Timoti Hokins yayılan məlumatlardan xəbərdar olduqlarını və məsələnin araşdırıldığını açıqlayıb.
ABŞ ordusu daha əvvəl İranın ABŞ hərbi helikopterini vurmasına cavab olaraq ölkə ərazisində bir sıra hədəflərə zərbələr endirdiyini bəyan etmişdi. İran mediası Bamani bölgəsindəki su anbarının da həmin hücumlar zamanı vurulduğunu yazır.