Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İspaniya milli futbol komandasının üzvü, dünya və Avropa çempionu İker Kasilyas Portuqaliyanın “Porto” klubuna qarşı qismən əlillik səbəbindən təzminat tələb edən məhkəmə iddiası qaldırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “As” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Kasilyas Portuqaliya məhkəməsində sağlamlığa dəyən ziyana və idman karyerasına məcburi son qoymasına görə 3,7 milyon avro təzminat tələb edən iddia qaldırıb. Keçmiş futbolçunun sözlərinə görə, “Porto”nun həkimi onu səhvən ürək probleminin həll olunduğuna inandırıb.
Kasilyas həmçinin infarktın Portuqaliya komandası ilə məşq zamanı həddindən artıq fiziki gərginlikdən qaynaqlandığını da irəli sürüb.
Qeyd edək ki, 45 yaşlı Kasilyas 2015-ci ildə “Real Madrid”dən “Porto”ya keçib. O, “Real”la beş İspaniya titulunu, iki dəfə Kral Kubokunu və UEFA Super Kubokunu, dörd dəfə İspaniya Super Kubokunu, üç dəfə Çempionlar Liqasını və FİFA Klublararası Dünya Kubokunu qazanıb.
O, FİFA-nın “İlin Qapıçısı” mükafatının beşqat qalibidir (2008-2012).