11 İyun 2026 / 09:06

ABŞ İrana əlavə hücumların tamamlandığını elan etdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ prezidenti Donald Trampın əmri ilə 10 iyunda İrandakı müxtəlif hədəflərə qarşı başladılan əlavə “özünümüdafiə” hücumlarının tamamlandığını elan edib.

Tezadlar.az xəbər verir ki, CENTCOM-un bəyanatında əməliyyatın İran boyunca hərbi müşahidə imkanlarını, rabitə sistemlərini və hava hücumundan müdafiə qurğularını hədəf aldığı bildirilirdi.

Açıqlamada ABŞ Dəniz Piyadaları Korpusu, Hərbi Hava Qüvvələri və Donanmasının elementlərinin ABŞ qüvvələri və bölgədəki beynəlxalq ticarət gəmiləri üçün təhlükə yaradan hədəflərə dəqiq zərbələr endirdiyi qeyd edilib.

Açıqlamada bu hücumların İranın “ədalətsiz və davam edən təcavüzünə” cavab olaraq həyata keçirildiyi iddia edilib və ABŞ qüvvələrinin “ayıq, öldürücü və hazır” qaldığı vurğulanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!