Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.
“Mən tam əminəm ki, regionda uzunmüddətli sülh və sabitlik, eləcə də zəruri əməkdaşlığın təmin edilməsi üçün sizin strateji vizyonunuz uğurla həyata keçiriləcək”, – deyə təbrikdə bildirilir.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825%-ni toplayıb.
İş adamı Samvel Karapetyanın müxalifət bloku olan “Güclü Ermənistan” 23,281%, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934% səs toplayıb.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası səslərin 3,99%-ni toplayıb ki, bu da həddən cəmi 0,01% aşağıdır (partiya hələ parlamentə düşməyib, lakin Mərkəzi Seçki Komissiyasından səslərin yenidən sayılmasını tələb edib). Seçkilərdə iştirak 58,94% təşkil edib.
JASMİN