Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya 12 iyundan etibarən bütün karantin altında olan məhsulların Ermənistandan idxalını məhdudlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti-Rosselxoznadzor məlumat yayıb.
Bildirilib ki, qurum Ermənistandan Rusiyaya karantin altında olan bütün məhsulların, o cümlədən pomidor, üzüm, quru meyvə və daha çox məhsulun idxalını məhdudlaşdırıb.
Bu məhsulların Rusiya ərazisindən Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də 12 iyundan etibarən dayandırılır.
“Qərar karantin obyektlərinin sistematik aşkarlanması səbəbindən verilib. Bu ilin may ayından etibarən xidmət müəyyən növ karantin məhsullarının Ermənistandan idxalını tədricən məhdudlaşdırıb və Ermənistan tərəfinə təchizatdakı fasilələr barədə dəfələrlə məlumat göndərib”, – deyə Rosselxoznadzor-un məlumatında bildirilib.
O da qeyd olunub ki, Aİİ-də karantin mallarının siyahısına üzüm, soğan, düyü, qarğıdalı, müəyyən növ qəhvə, quru meyvələr, pomidor, kartof və digər məhsullar daxildir.