Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mərakeş millisinin iki futbolçusu zədə səbəbindən DÇ-2026-nı buraxacaq.
Tezadlar.az xəbər verir ki, “Betis”in cinah hücumçusu Əbdüssəməd Əzzəlzuli Norveç millisi ilə keçirilən yoldaşlıq oyununda (1:1) sağ diz bağlarından zədə alıb. “Marsel”in müdafiəçisi Nayef Aqerdin zədəsinin detalları isə açıqlanmayıb.
Baş məşqçi heyətdə dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, mundial üçün Məhəmməd Əmin Sbay (“Anje”) və Mərvan Sadan (“Əl-Fateh”) yığmaya dəvət olunublar.
Qeyd edək ki, Mərakeş millisi DÇ-2026-da C qrupunda Braziliya, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.