12 İyun 2026 / 08:12

Rusiya od tutub yanır- UKRAYNA DRONLARI ÖLKƏNİN HƏR YERİNƏ SƏPƏLƏNİB

Ukrayna dronları çöp uzadılmış arı pətəyindən qopan arılar kimi Rusiyanın hər yerinə uça bilir. Son bir ayda Rusiyanın ən iri şəhərlərində və limanlarında olan neftayırma zavodları vurulub… Musavat başqanı Arif Hacılı fb statusunda bu məqamı dilə gətirib: “…Yalnız son günlərdə Ukrayna Silahlı Qüvvələri işğal altında olan Sevastopol, Rusiyanın Tümen, Vladimir, Çeboksarı, Moskva, Samara, Perm və digər şəhərlərində yerləşən obyektlərə, eləcə də enerji infrastrukturuna ağır zərbələr endirib.
Hazırda Rusiyanın bir çox şəhərlərində gün ərzində bir neçə dəfə hava həyəcanı siqnallarının verilməsi adi hala çevrilib.
Yolların nəzatətə götürülməsi Krımda, Krasnodarda benzin, ərzaq qıtlığı yaradıb.
Krım tam izolyasiya təhlükəsi qarşısındadır.
Yaxın dövrdə Rusiya istiqamətinə göndəriləcək dronların sayının ayda 10 minə çatdırılacağı, ABŞ-ın Patriot raketlərinin analoqu olan raketlərin və Rusiyanın raket zərbələrinin qarşısını almağa qadir hava hücumundan müdafiə sistemlərinin kütləvi istehsalına başlanacağı gözlənilir. Əvvəllər Rusiya–Ukrayna müharibəsinə bir qədər fərqli yanaşan ABŞ administrasiyasının da ritorikası dəyişib. Dövlət katibi Rubio Rusiyanın Ukraynaya qarşı hücumunun iflasa uğradığını bəyan edib.
Rusiya üçün geri dönüş başlanıb və ümid edirik ki, Ukraynanın hərbi üstümlüyü yülsələn xətt üzrə davam edəcək…”.
Təqdim etdi: ORXAN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!