12 İyun 2026 / 15:40

Hörmüz boğazının nəzarətinin təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürülməyib

İran mediası İran və ABŞ arasında 14 maddəlik anlaşma memorandum layihəsi ilə bağlı yeni detalların ortaya çıxdığını və Tehranın Hörmüz boğazının nəzarətinin təhvil verilməsi ilə bağlı “heç bir öhdəlik” götürmədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, ABŞ və İran arasında 14 maddəlik anlaşma memorandumu layihəsi ilə bağlı yeni detallar ortaya çıxıb. İran Hörmüz Boğazının Nəzarətinin Təhvil Verilməsi ilə bağlı heç bir öhdəlik götürməyəcək.

Boğazın nəzarətinin gələcəyinin Tehran və Oman arasında regional məsələ çərçivəsində dialoq və birgə qərar qəbuletmə yolu ilə həll ediləcəyi irəli sürülüb.

Nüvə danışıqları imzalandıqdan sonra 60 gün ərzində keçiriləcək

Digər tərəfdən, İran mediasının məlumatına görə, masada olan mövcud anlaşma memorandumunda nüvə faylı ilə bağlı hələlik heç bir razılıq əldə edilməyib. Nüvə faylının gələcəyini müəyyən edəcək faktiki danışıqların yalnız rəsmi imzalar təsdiqləndikdən sonra başlayacağı və bu müzakirələrin müqavilənin imzalanmasından sonrakı 60 gün ərzində baş tutacağı bildirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!