13 İyun 2026 / 08:12

ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb

ABŞ prezidenti Donald Tramp hüquq mühafizə orqanlarının onun göstərişi ilə Venesuela ilə koordinasiyalı şəkildə “Tren de Aragua” cinayətkar qrupunun liderinə ölümcül zərbə endirdiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.

“Mənim göstərişimə əsasən, ABŞ Cənub Komandanlığı ildırım zərbəsi endirərək Yer kürəsinin ən qaniçən terror təşkilatlarından biri olan “Tren de Aragua”nın məşhur lideri Nino Qerreronu uğurla öldürüb. Bu, Venesueladakı dostlarımızla sıx koordinasiyada edilib. Onlarla çox yaxşı işləyirik”, – Tramp yazıb.

Tramp onu da qeyd edib ki, əvvəllər qruplaşmanı ABŞ-ın terror təşkilatları siyahısına əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!