14 İyun 2026 / 07:33

“Financial Times”: Ebola xəbərdarlıq ola bilər

Konqo Demokratik Respublikasında (KDR) baş verən Ebola xəstəliyi qlobal səhiyyə xərclərinin azaldılmasının nəticələri barədə xəbərdarlıq ola bilər.

Tezadlar.az-ın məlumatına görə, bu barədə “Financial Times” yazıb.

Xarici Əlaqələr Şurasının ( Council on Foreign Relations – Qeyd) proqram direktoru Tomas Bollikinin qeyd etdiyi kimi, hazırkı epidemiya beynəlxalq səhiyyə qurumlarının zəifləməsi fonunda baş verir. O, mütəxəssislərin bu cür təhdidlərə cavab vermək üçün lazımi biliklərə malik olduğunu, lakin onları dəstəkləyən sistemlərin və ictimai dəstəyin əvvəlkindən daha az davamlı olduğunu söyləyib.

Bolliki həmçinin qeyd edib ki, COVID-19 pandemiyası ictimai və qlobal səhiyyəyə inamsızlığı artırıb və bu da dünyanın yeni böhranlara hazırlığını pisləşdirib.

Öz növbəsində, 1976-cı ildə Ebola virusunun kəşfində iştirak edən tədqiqatçılardan biri olan belçikalı mikrobioloq Peter Piot bildirib ki, pandemiyanın qarşısını almağın ən yaxşı yolu erkən mərhələdə müdaxilədir.

O, qlobal ictimaiyyətin pandemiyaya hazırlığa investisiya qoymaq marağını itirməsindən narahatlığını ifadə edərək, bunu “yanğın olmadığı üçün yanğınsöndürmə xidmətinin ləğvi” ideyası ilə müqayisə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!