Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bütün Türkiyə 24 il sonra yığma komandanın yenidən futbol üzrə Dünya Çempionatında iştirakını həyəcanla və səbirsizliklə gözləyir.
Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DÇ-2026-da Avstraliya ilə Bakı vaxtı ilə 08:00-da qarşılacaq Türkiyə millisinə uğurlar arzulayarkən deyib.
“86 milyon vətəndaşın hər biri eyni amalla birləşib”, – Ərdoğan yığma komandaya qələbə üçün dəstəyi nəzərdə tutub.
Ərdoğan 2002-ci ildə keçirilən dünya çempionatında Türkiyənin üçüncü yeri tutmasını da xatırladıb: “İndi isə yeni bir dastan yazmağın zamanıdır”.
Xatırladaq ki, Türkiyə milli futbol komandası 2002-ci il Dünya Çempionatında (DÇ-2002) tarixinin ən böyük uğuruna imza ataraq turniri bürünc medalla (3-cü yer) başa vurub. Şenol Günəşin rəhbərlik etdiyi “Ay-ulduzlular” yarımfinala qədər irəliləyib və turnirin ev sahiblərindən olan Cənubi Koreyanı məğlub edərək dünya üçüncüsü olub.
Hazırda isə bu uğuru təkrarlamaq üçün Türkiyə ABŞ, Avstraliya və Paraqvayla bölüşdüyü D qrupundan pley-off mərhələsinə adlamalıdır. İlk oyundan sonra Paraqvay üzərində 4:1 hesabı ilə qələbə qazanan ABŞ qrup lideridir.