Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın dəniz blokadasının qaldırılmasından sonra ilk İran gəmilərinin blokada zonasından insidentsiz keçdiyi bildirilib.
Tezadlar.az xəbər verir ki, yarırəsmi “Fars” Xəbər Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp razılaşmadan sonra dəniz blokadasının qaldırılmasını əmr edib və bir neçə İran gəmisi blokada zonasından insidentsiz keçib.
Məlumatda bildirilir ki, İranın VLCC tankeri və canlı heyvan daşıyan başqa bir gəmi açıq sulardan İran limanlarına doğru gedir, İran nefti daşıyan tanker isə Oman körfəzindən ixrac limanına keçir.
ABŞ-İran sazişi
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İranın razılığa gəldiyini açıqlamışdı.
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi də ABŞ ilə razılaşma əldə edildiyini təsdiqləyərək, anlaşma memorandumunun 19 iyunda İsveçrədə imzalanacağını bildirib.
ABŞ prezidenti Donald Tramp İranla sülh müqaviləsinin tamamlandığını və Hörmüz boğazının açılacağını, ABŞ-ın dəniz blokadasının dərhal ləğv ediləcəyini bildirib.
ABŞ-İran razılaşmasına xüsusilə Livanı da daxil edəcəyinin elan edilməsi İsraildə mübahisələrə səbəb olub və İsrailin müdafiə naziri İsrael Katz cənubi Livandakı işğal olunmuş ərazilərdən çəkilməyəcəklərini bildirib.
E.ŞİRİNOV