16 İyun 2026 / 09:43

Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib

Rusiya Hava Hücumundan Müdafiə qüvvələri sutka ərzində Moskva yaxınlığında 60-a qədər pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskvanın meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, qalıqların düşdüyü yerdə xüsusi xidmət orqanları çalışır.

“Rosaviasiya”nın məlumatlarına görə, səhər saatlarından Moskvanın “Vnukovo” hava limanı təyyarələri nə qəbul edir, nə də yola salır, “Domodedovo” hava limanı müvəqqəti olaraq işləmir. “Şeremetyevo” uçuşlara razılaşma əsasında xidmət göstərir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!