Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyun 2026 / 11:56

Dodaq oxuyucusu Trampın Fransanın birinci xanımını necə qarşıladığını açıqlayıb

ABŞ prezidenti Donald Tramp Fransada keçirilən G7 sammiti çərçivəsində fransız həmkarı Emmanuel Makronun həyat yoldaşı Bricit Makronu qarşılayarkən çox mehriban davranıb.

Tezadlar.az xəbər verir ki, bu barədə aif.ru saytı IrishStar-a istinadən məlumat yayıb.

Dodaq oxuyucusu Jeremy Hickling qeyd edib ki, Donald Tramp Fransa lideri ilə görüşərkən “bu gecəyə hazır olduğunu” bildirib və onu gördüyünə şad olduğunu əlavə edib.

Amerikalı siyasətçi Bricit Makronu da eyni dərəcədə mehribanlıqla qarşılayıb. O, onun əlini sıxıb və əlini dərhal buraxmayıb.

“Salam, əzizim”, – Hickling Trampın sözlərini yazıb və qeyd edib ki, onun təhlili dodaq hərəkətlərinə əsaslanır və söhbətin rəsmi qeydi deyil.

Qeyd edək ki, Tramp 80 yaşının tamam olmasından bir gün sonra Fransaya gəlib. Fransa prezidenti Emmanuel Makronla protokol görüşünə getməzdən əvvəl o, jurnalistlərə hər şeyin “möhtəşəm” getdiyini deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!