Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran və ABŞ cümə günü – 19 iyun tarixində nüvə enerjisi və sanksiyalar mövzusuna həsr olunmuş yeni danışıqlar mərhələsinə başlayacaqlar.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” agentliyinin məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
O qeyd edib ki, “Memorandumun rəsmi imzalanması tezliklə – çox güman ki, cümə günü baş tutacaq; yer müəyyən ediləcək”.
Elə həmin gün Amerika və İran nümayəndə heyətləri arasında yeni danışıqlar mərhələsi başlayacaq. Bu danışıqların məqsədi yekun razılığa gəlməkdir.
Əraqçi əvvəllər Cenevrəni İran və ABŞ arasında sazişin imzalanması üçün ehtimal olunan yer kimi qeyd etmişdi. İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi də tərəflərin memorandum imzalamaq üçün Cenevrədə görüşəcəyini bildirib.
E.ŞİRİNOV