Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistanın müdafiə naziri Suren Papikyan və Fransanın silahlı qüvvələr və veteranlarla iş üzrə naziri Katrin Votren Parisdə görüş keçiriblər.
Tezadlar.az xəbər verir ki, bu barədə Papikyan “Facebook” səhifəsində yazıb.
Qeyd olunub ki, tərəflər müdafiə sahəsində səmərəli tərəfdaşlığın möhkəmləndirilməsini davam etdirmək niyyətində olduqlarını bildiriblər.
Papikyanın sözlərinə görə, İrəvan Parislə əməkdaşlığı yüksək qiymətləndirir.
“Söhbət zamanı biz ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı məsələlərinə, həmçinin regional və beynəlxalq təhlükəsizliyə dair bir sıra mövzulara toxunduq”, – o qeyd edib.