Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

G7 ölkələri ölkənin gələn qışdan sağ çıxması üçün Ukraynanın enerji sektoruna əlavə dəstək göstərməyi planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bu barədə Yelisey Sarayının mətbuat xidməti tərəfindən dərc edilmiş G7 liderlərinin geosiyasi məsələlərlə bağlı birgə bəyanatında bildirilib.
Sənəddə deyilir: “Ukrayna hakimiyyəti tərəfindən ifadə edilən ehtiyaclara və prioritetlərə əsaslanaraq enerji dayanıqlığının vacibliyini vurğulayırıq. Ölkənin gələn qışdan sağ çıxması üçün əlavə dəstək göstərməyə razıyıq”.
16 iyunda G7 liderləri ilə çoxtərəfli görüşdən sonra Ukrayna prezidenti Volodimir Zelenski onlara “Rusiyanı sülhə necə məcbur etmək barədə güclü fikirlərinə” görə təşəkkür edib və Kiyev üçün “prioritetləri” müəyyən edib.
Ukrayna liderinin sözlərinə görə, bunlar aydındır: hava hücumundan müdafiə raketlərinin sayının artırılması və onların istehsalı üçün lisenziyaların verilməsi, qış dəstək paketi və Rusiyaya təzyiqin artırılması.
Daha əvvəl ABŞ Dövlət Katibi Kaja Kallasla Ukrayna ilə bağlı açıq şəkildə mübahisə etmişdi.
E.ŞİRİNOV