Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrailin dövlət televiziya kanalı KAN ordunun Livanın cənubunda uzun müddət qalmağa hazır olduğunu iddia edib.
Tezadlar.az xəbər verir ki, KAN İsrail təhlükəsizlik rəsmilərinə görə, “Ordu Livanda uzun müddət qalmağa hazırdır. Bu, siyasi hakimiyyət orqanlarının qərarlarından və təlimatlarından asılıdır” deyə iddia edib.
ABŞ və İran arasında əldə edilən razılığa baxmayaraq, hesabatda ordunun Livanda mümkün olan hər hansı bir ssenariyə hazırlaşdığı və İsrailin Livanın cənubuna hücumlarının davam etdiyi bildirilirdi.
İsrailin Livana hücumları və atəşkəs
İsrail ordusu 2 martda Livana intensiv hava hücumları edərək ölkənin cənubundakı bir neçə şəhəri işğal edib.
Livan hökuməti bu müddət ərzində ölkədəki məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
24 apreldə ABŞ prezidenti Donald Tramp Livan və İsrail arasında 17 apreldə qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha üç həftə uzadıldığını açıqlayıb.
ABŞ-ın vasitəçiliyi ilə 14-15 may tarixlərində keçirilən Livan və İsrail arasında danışıqların üçüncü raundundan sonra atəşkəsin 17 may tarixindən etibarən 45 gün uzadılması qərara alınıb.
Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrailin ölkəyə hücumlarında 3826 nəfərin öldüyünü açıqlayıb.
ABŞ Dövlət Departamenti 3 iyunda Vaşinqtonda keçirilən danışıqların dördüncü raundundan sonra İsrail və Livanın “Hizbullah”ın hücumlarını tamamilə dayandırması və bütün elementlərini Litani çayının cənubundan geri çəkməsi şərti ilə “hərtərəfli atəşkəs” barədə razılığa gəldiyini açıqlayıb. Lakin “Hizbullah” şərti atəşkəsi rədd edib.
Elan edilmiş atəşkəs razılaşmalarına baxmayaraq, İsrail ordusu hücumlarını davam etdirir.
E.ŞİRİNOV