Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tramp iddia edib ki, geosiyasi addımlarının iqtisadi uğurları pis insanlar tərəfindən gözardı edilir
Tezadlar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sosial media platforması TruthSocial-dakı son paylaşımında İrana qarşı mövqeyinin kifayət qədər sərt olmadığına inanan “axmaqlar”dan danışıb.
Dövlət başçısı paylaşımında bildirib ki, “Fond bazarı rekord səviyyəyə çatdı və neft qiymətləri “düşdü””. Onun sözlərinə görə, yalnız paxıl insanlar, pis insanlar və ya “sadəcə axmaqlar” bunun geosiyasi addımları ilə əlaqəsini görə bilmirlər.
Bir gün əvvəl Fransada keçirilən G7 sammiti zamanı Tramp İranın bərpası üçün 300 milyard dollarlıq investisiya fondunun yaradılması ilə bağlı xəbərləri təkzib edərək, ABŞ hökumətinin “bir qəpik də sərmayə qoymayacağını” və onun fikrincə, Körfəz ölkələrinin Tehranın “davranışının” dəyişdiyinə əmin olana qədər bunu etməyəcəklərini vurğulayıb.
Tramp jurnalistlərə İranla anlaşma memorandumunu şərh edərkən bildirib ki, “Əgər onlar özlərini yaxşı aparmasalar, biz yenidən onların başlarına bomba yağdırmağa başlayacağıq”.
E.ŞİRİNOV