Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2026 / 17:42

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3912 nəfərə çatıb

Livan Səhiyyə Nazirliyi 2 martdan bəri İsrail hücumları nəticəsində ölənlərin sayının 28 nəfər artaraq 3912 nəfərə çatdığını açıqlayıb.

Səhiyyə Nazirliyi 2 martdan bəri İsrail hücumları nəticəsində ölən və yaralananların sayı ilə bağlı son məlumatları paylaşıb.

Tezadlar.az xəbər verir ki, məlumatlara görə, bu dövrdə İsrail hücumlarında həyatını itirənlərin sayı 3912 nəfərə çatıb, 11873 nəfər isə yaralanıb.

Səhiyyə Nazirliyi dünənki açıqlamasında 2 martdan bəri İsrailin Livana hücumlarında 3884 nəfərin öldüyünü bildirib.

Həyatını itirənlər arasında 133 səhiyyə işçisi, 402 səhiyyə işçisi isə yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!