Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda Böyük Britaniya və Azərbaycan arasında müdafiə əlaqələri əməkdaşlıq tarixinin ən yüksək səviyyəsindədir.
Tezadlar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Kral III Çarlzın ad gününə həsr olunmuş tədbirdə deyib.
Səfir qeyd edib ki, Azərbaycandakı diplomatik missiyası dövründə London və Bakı arasında tərəfdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsinə nail olmaq niyyətindədir.
“Mən bu gün strateji tərəfdaşlığa çevrilmiş Böyük Britaniya və Azərbaycan arasında 30 ildən artıq davam edən əməkdaşlığa arxalanmaqdan şərəf duyuram. Bizim münasibətlərimiz energetikadan başlayıb: BP-nin investisiyaları Azərbaycanın müasir iqtisadi tarixini formalaşdırmağa kömək edib və biz bu möhkəm təməli inkişaf etdirməyə davam edirik. Lakin bizim tərəfdaşlığımız energetika çərçivəsindən çox-çox kənara çıxır. Müdafiə əlaqələrimiz həmişə olduğundan daha güclüdür. Biz birlikdə malların qanunsuz transsərhəd qaçaqmalçılığına qarşı mübarizə aparırıq. Britaniya şirkətləri aviasiya, infrastruktur, maliyyə və süni intellekt sahəsində fəal işləyir”, – o bildirib.
Norman vurğulayıb ki, Böyük Britaniya Qarabağda minalardan təmizləmə işlərinə dəstək verməkdən, yerli icmaların bərpa olunmasına və normal həyata qayıtmasına kömək etməkdən qürur duyur.
“Təhlükəsizlik və bizneslə yanaşı, əlaqələrimiz dərinləşməkdə davam edir. Bir çox cəhətdən dünyaya eyni cür baxırıq. Böyük Britaniyada təhsil almağı seçən azərbaycanlı tələbələrin sayının artması bu əlaqələrin gücünü və Britaniya Şurasının mükəmməl işini əks etdirir. Lakin həqiqətən əhəmiyyət kəsb edən əsl əlaqə – ölkələrimiz arasındakı əlaqədir”, – səfir qeyd edib.