Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağ Ev İranla texniki danışıqlara hazırlıqların davam etdiyini açıqlayıb, lakin vitse-prezident J.D.Vensin İsveçrəyə səfəri hələlik təxirə salınıb.
Tezadlar.az-ın məlumatına görə, Ağ Evdən verilən yazılı açıqlamada bildirilir ki, vitse-prezident Vensin dünən keçirilən mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələlik yekunlaşdırılmayıb.
Açıqlamada ABŞ nümayəndə heyətinin ilk fürsətdə yola düşməyə hazır olduğu qeyd edilərək əlavə edilib: “Lakin bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb”.
Vitse-prezident Vensin dünən gecə yola düşməyəcəyi və səfərinin hələlik təxirə salındığı qeyd edilən açıqlamada “Növbəti addımlar barədə konkret məlumat olan kimi sizə məlumat verəcəyik. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik” deyə yekunlaşdırılıb.
Vens günün əvvəlində Ağ Evdə keçirilən mətbuat konfransında İranla texniki danışıqların bu həftə sonu başlayacağını və danışıqlar üçün İsveçrəyə getməyi planlaşdırdığını, lakin vaxtın İran nümayəndə heyətinin səfərindən asılı olaraq dəyişə biləcəyini bildirib.
ABŞ və İran arasında əldə edilən razılaşmaya əsasən, tərəflərin nüvə proqramının gələcəyi, yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ləğvi və yoxlama mexanizmləri ilə bağlı texniki detalları müzakirə etmələri gözlənilir.
E.ŞİRİNOV