Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 06:56

ABŞ prezidenti Tramp İsrailə hücuma icazə verdi

ABŞ prezidenti Donald Tramp “hücumların kiçik miqyaslı olması şərtilə” İranın nüvə obyektlərinə birtərəfli hücum edəcəyi təqdirdə İsraili dəstəkləyə biləcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, İsraildə hökumətyönlü Kanal 14 televiziyasına danışan Tramp ABŞ-İran razılaşmasının İranın nüvə proqramının və “Hizbullah”ın tamamilə aradan qaldırılmasına səbəb olacağını iddia edib.

Livana hücumlarını davam etdirəcəyi təqdirdə İsrailə silah embarqosu tətbiq edə biləcəyi iddialarına gəldikdə, Tramp “bu barədə heç bir şayiə eşitməmişəm” deyib.

“Hizbullah”ın silahlarını yerə qoymalı olduğunu qeyd edən Tramp İranın öhdəliklərini yerinə yetirməməsi halında “çox ciddi hücumlarla” qarşılaşacağını bildirib.

Tramp əlavə edib ki, əgər Təl-Əviv administrasiyası İranın nüvə obyektlərinə müstəqil hücum etsə, hücumların kiçik miqyaslı olması şərtilə İsraili dəstəkləyə bilər.

Son günlərdə sərt tənqid olunan İsrailin Baş naziri Binyamin Netanyahu ilə şəxsi münasibətləri barədə soruşulduqda, Tramp “Bu, çox yaxşı münasibətdir, əladır” deyib.

Trampın Netanyahu ilə son telefon danışıqlarının əvvəlki kimi dostcasına olmadığı və Trampın Netanyahunu danladığı bildirilmişdi.

Bundan əlavə, ABŞ prezidenti G7 Liderlər Zirvəsində kameralar qarşısında Netanyahunu tez-tez tənqid edirdi, xüsusən də İsrailin Livandakı dağıntıları və hücumları ilə bağlı.

ABŞ və İran arasında əldə edilən razılaşma, xüsusən də Livanın daxil edilməsi İsraildə əks-səda ilə qarşılandı və Baş nazir Netanyahu şiddətli tənqidlərlə üzləşdi.

İsrail mediası ABŞ-ın İsraili tərk etdiyini şərh edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!