Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2026 / 07:18

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 3 900 nəfəri ötüb

İsrail hərbçilərinin aviazərbələri nəticəsində Livanın cənubunda son sutka ərzində 28 nəfər həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan vətəndaşların ümumi sayı 3 912-yə, yaralıların sayı isə 11 873-ə çatıb”, – qurumdan qeyd edilib.

İsrail artilleriyasının “Hizbullah” dəstələrinin fəaliyyət göstərdiyi Əli-Taher, Cəbəl-Rafiə təpələrinə və İqlim ət-Tüffah bölgəsinə zərbələr endirmək üçün fosforlu sursatlardan istifadə etdiyi iddia olunur.

“Yanğınlar baş verib, fəsadlar aradan qaldırılır”, – məlumatda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!