Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son sutka ərzində daha 6 nəfər artaraq 232-yə çatıb.
Tezadlar.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi məlumat yayıb.
Məlumata görə, yoluxanların sayı da 21 nəfər artaraq 896-ya yüksəlib. Səhiyyə orqanları virusun ölkənin yeni ərazilərinə yayılması riskinin davam etdiyini bildirirlər.
Qeyd edək ki, hazırkı epidemiya mayın 15-də KDR-in şərqində başlayıb. Xəstəliyin episentri İturi əyalətidir. Qonşu Uqandada da “Ebola”ya yoluxma və ölüm halları qeydə alınıb.