19 İyun 2026 / 10:24

“Axios” Vensin İsveçrəyə səfərinin təxirə salınmasının səbəbini açıqladı

Portala görə, İranın Livanla bağlı mövqeyi səbəb ola bilər

Vaşinqtonun vitse-prezident J.D.Vensin ABŞ və İran arasında anlaşma memorandumunun imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə səfərini təxirə salması Tehranın Livanla bağlı mövqeyi ilə bağlı ola bilər.

Tezadlar.az bildirir ki, bu barədə X-də Amerikanın “Axios” portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri məlumat verib.

Vensin sözçüsü əvvəllər vitse-prezidentin yuxarıda qeyd olunan mərasim və iki tərəf arasında texniki danışıqların başlanması üçün cümə axşamı, Şərq sahili vaxtı ilə İsveçrəyə səfər etməyi planlaşdırmadığını bildirmişdi. Müxbirin ABŞ rəsmisinə istinadən qeyd etdiyi kimi, “təxirə salınmanın səbəblərindən biri İranın Livandakı vəziyyətlə bağlı tələbləri ola bilər”.

Tehran İsrailin Livana qarşı hər hansı bir hücumunu ABŞ ilə anlaşma memorandumunun pozulması kimi qiymətləndirəcəyini bildirib.

Vens əvvəllər memorandum imzalanma mərasiminin bu həftə sonu keçiriləcəyini bildirmişdi. O qeyd edib ki, bu, əsasən İran tərəfindən asılıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!