Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransanın nüvə proqramının yaradılmasından bəri ilk dəfə olaraq Hərbi Tədqiqatlar İdarəsinin (DAM) əməkdaşları tətil elan ediblər.
Bu barədə “Le Canard enchaine” qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Atom Enerjisi və Alternativ Enerji Komissarlığının tərkibində fəaliyyət göstərən bu qurum Fransanın strateji silahları üçün nüvə başlıqlarının hazırlanmasına və istehsalına cavabdehdir.
Təxminən 5 min əməkdaşı olan idarənin işçiləri maaşların aşağı olmasından narazıdır. Qəzetin məlumatına görə, onların əməkhaqları son 17 ildə indeksləşdirilməyib.
Nəticədə 2009-cu ildən bəri əməkdaşların alıcılıq qabiliyyəti təxminən 30 faiz azalıb.
Nəşr bunu Prezident Emmanuel Makron üçün çətin vəziyyət kimi qiymətləndirir. Çünki o, martın 2-də Brest limanındakı Lonq adasında çıxış edərək Fransanın nüvə çəkindirmə potensialının əhəmiyyətini xüsusi vurğulamışdı.