Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2026 / 18:00

İsrail mediası: Netanyahu İsrail ordusuna Livana hücumları dayandırmağı əmr etdi

İsrail mediası xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu atəşkəsə baxmayaraq, İsrail ordusuna Livanın cənubuna hücumları dayandırmağı tapşırıb.

Tezadlar.az xəbər verir ki, İsraildəki Kanal 12 televiziyasının məlumatına görə, Netanyahu və müdafiə naziri Yisrael Katz işğalçı İsrail ordusuna Livana hücumlarla bağlı yeni təlimatlar veriblər.

Xəbərdə Baş nazir Netanyahu və müdafiə naziri Yisrael Katzın İsrail ordusuna Livana hücumları dayandırmağı, lakin işğal olunmuş ərazilərdən çəkilməməyi əmr etdiyi bildirilib.

İsrail hökuməti və ya ordusu tərəfindən hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Atəşkəsə və ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail ordusu gecədən bəri Cənubi Livanın Nəbatiyyə və ətraf şəhərlərinə hava və artilleriya hücumları həyata keçirir.

Livan Mülki Müdafiə İdarəsi İsrailin cənubdakı Nəbatiyyə, Tir və Sidon şəhərlərinə hücumlarında 28 nəfərin öldüyünü açıqlayıb.

Adı çəkilməyən bir İsrail rəsmisi İsrail mediasına danışaraq, ABŞ-İran razılaşmasına baxmayaraq, intensiv hücumların davam etdiyi Livanda dünən “Hizbullah”la yeni atəşkəsin qüvvəyə mindiyini bildirib.

İran və ABŞ arasında bağlanan razılaşma Livan da daxil olmaqla, bütün cəbhələrdə atəşkəsi nəzərdə tuturdu və bu, İsraildə reaksiyalara səbəb olub.

İran İnqilab Keşikçiləri ABŞ-ın razılaşma öhdəliklərini yerinə yetirməməsi və İsrailin Livana hücumlarını davam etdirməsi səbəbindən Hörmüz boğazını gəmiçilik trafikinə bağladığını açıqlayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!