Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyun 2026 / 00:15

Samux rayonunda “Ərik Festivalı” təşkil olunub

Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, millət vəkilləri,bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları və rayon ictimaiyyəti iştirak edib. 

Təzadlar.az xəbər verir ki,tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Samux Şəhidləri Abidə Kompleksini ziyarət edən qonaqlar torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarını ehtiramla anıblar.

 

Daha sonra iştirakçılar Heydər Əliyev mərkəzində Ulu öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olub, dahi şəxsiyyətin Samux rayonuna səfərləri və zəhmətkeşlərlə keçirdiyi görüşləri əks etdirən fotolara baxıblar.

 

Festival çərçivəsində qonaqlar Samux rayonunda fəaliyyət göstərən “Casa Aqro” MMC-nin təsərrüfat sahəsinə baxış keçirib, istehsal olunan məhsullarla tanış olublar.

 

Həmçinin Qarayeri qəsəbəsində mövcud olan Forer qardaşlarının şərab zavodunda olub, istehsal sahəsi ilə maraqlanıblar.

 

“Ərik Festivalı” və “Aqrar Biznes Festivalı” ilə əlaqədər olaraq Samux şəhərinin mərkəzi küçə və prospektləri, park və xiyabanlar bəzədilib, yerli sakinlərin və qonaqların iştirakı ilə bayram paradı təşkil olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!