Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 İyun 2026 / 11:10

Bir gündə 1000-ə yaxın PUA: Rusiya səmasında gərginlik

Ukrayna Silahlı Qüvvələrinə məxsus 239 pilotsuz uçuş aparatı (PUA) ötən gecə Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

 

Təzadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumata görə, pilotsuz aparatlar Həştərxan, Belqorod, Bryansk, Kursk, Oryol və Rostov vilayətləri, Krasnodar diyarı, Krım və Adıgeya, həmçinin Azov və Qara dəniz akvatoriyaları səmasında zərərsizləşdirilib.

Qurumdan bildirilib ki, Ukrayna ordusu son 24 saat ərzində Rusiyaya qarşı ümumilikdə 740 PUA-dan istifadə edib. Əlavə olaraq, ABŞ istehsalı olan iki ədəd “HIMARS” reaktiv mərmisi və 13 ədəd idarəolunan aviasiya bombası hava hücumundan müdafiə vasitələri ilə vurulub

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!