Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2026 / 07:42

ABŞ və İran 60 gün ərzində bu razılaşmanı təsdiqləyəcək

Nəhayət, İsveçrədə keçirilən ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb. Tezadlar.az xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən vasitəçi dövlətlər – Qətər və Pakistan Xarici İşlər nazirliklərinin (XİN) İsveçrə sammiti ilə yüksək səviyyəli komitənin iclasına dair yaydığı birgə bəyanatda vurğulanıb. Bəyanatda tərəflərin vasitəçiliyə siyasi nəzarəti təmin edəcək yüksək səviyyəli komitənin yaradılması barədə razılığa gəldikləri vurğulanıb. Sitat: “Yüksək səviyyəli komitə növbəti texniki danışıqların dərhal başlaması üçün zəmin yaradaraq 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsini razılaşdırıb. Bundan əlavə, kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə insidentlərin və yanlış anlaşılmaların qarşısını almaq üçün anlaşma memorandumunun 5-ci bəndində göstərilən müddət ərzində tərəflər arasında rabitə xətti yaradılıb. Vasitəçi tərəflər yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların bundan sonra da konstruktiv atmosferdə aparılmasını təmin etmək üçün əllərindən gələni etməyə davam edəcəklər”.

Daha əvvəl İran XİN-in sözçüsü İsmayıl Bəqai ABŞ-İran danışıqlarında neft satışı üçün lazımi icazələrin verilməsi və İranın aktivlərinin sərbəst buraxılması məsələsində irəliləyiş əldə olunduğunu açıqlayıb.

Qeyd edək ki, tərəflər danışıqlar üçün İsveçrənin Bürgenstok şəhərində görüşüblər, lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbələr endirmək barədə təhdidlərinə etiraz əlaməti olaraq İran nümayəndə heyəti qısa müddət sonra məkanı tərk edib. Daha sonra “Al Hadath” telekanalı bildirib ki, tərəflər arasında müzakirələr vasitəçilər yolu ilə davam edib.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!