Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2026 / 08:09

Lukaşenkodan bir addım geri: Rusiyaya xidmət edən lokasiya sistemi fəaliyyətini dayandırdı

Belarusda ruslara Ukraynadakı hədəflərə “Şahed” raketlərini yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti artıq dayandırılıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Sitat: “Onların sökülüb-sökülmədiyini, düzünü desəm, hələ bilmirəm. Amma biz bunun üzərində işləyirik və vəziyyəti çox yaxından izləyir, gündəlik hesabatlar alıram. Fakt budur ki, retranslyatorlar hazırda işləmir”.

Qeyd edək ki, 19 iyun tarixində Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyətinin dayandırılması üçün bir həftə vaxt verib. Rəsmi Moskva hələki Lukaşenkonun bu qərarına reaksiya verməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!