Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belarusda ruslara Ukraynadakı hədəflərə “Şahed” raketlərini yönəltməyə kömək edən retranslyatorların fəaliyyəti artıq dayandırılıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib. Sitat: “Onların sökülüb-sökülmədiyini, düzünü desəm, hələ bilmirəm. Amma biz bunun üzərində işləyirik və vəziyyəti çox yaxından izləyir, gündəlik hesabatlar alıram. Fakt budur ki, retranslyatorlar hazırda işləmir”.
Qeyd edək ki, 19 iyun tarixində Ukrayna prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyətinin dayandırılması üçün bir həftə vaxt verib. Rəsmi Moskva hələki Lukaşenkonun bu qərarına reaksiya verməyib.