Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO Zirvəsində “Prezident Rəcəb Tayyib Ərdoğana hörmətimdən” iştirak edəcəyini bildirib.
Tezadlar.az xəbər verir ki, prezident Tramp NATO-nun baş katibi Mark Rutte ilə Oval Ofisdə keçirdiyi mətbuat konfransında cari məsələlərlə bağlı sualları cavablandırıb. ABŞ-İran danışıqlarını və Ankarada keçirilən NATO Zirvəsini qiymətləndirən Tramp zirvədəki iştirakı ilə bağlı diqqət çəkən açıqlamalar verib.
“ƏRDOĞAN BÖYÜK BİR LİDERDİR”
Türkiyənin İran münaqişəsində iştirak etmədiyini və bundan məmnun olduğunu bildirən Tramp deyib: “Ərdoğan böyük bir liderdir, çox güclü bir insandır, ordusu möhtəşəmdir. O, Türkiyəni sevir və əla iş görür, hörmətli bir insandır, hörmətli bir liderdir və mənim dostumdur”.
ABŞ prezidenti CNN Türk-ün ABŞ müxbiri Yunus Paksoyun Trampın Türkiyəyə reaktiv mühərriklərin və F-35-lərin satışı ilə bağlı Ankaraya xoş xəbərlə gedib-getməyəcəyi ilə bağlı sualına belə cavab verib: “Düşünürəm ki, gedəcəyəm. Türkiyə NATO üzvüdür. Bəzi insanlar Türkiyəni belə görmürlər, amma əslində elədir. O, NATO-nun güclü üzvüdür. Bəli, yəqin ki, onu (Prezident Ərdoğanı) çox xoşbəxt edəcək bir şey edəcəyəm.”
Çıxışlarına davam edən Tramp Türkiyənin, xüsusən də müdafiə sənayesindəki əhəmiyyətli mövqeyini vurğulayaraq deyib: “Türkiyənin böyük müdafiə sənayesi bazası var. ABŞ da daxil olmaqla, NATO alyansı boyunca 3000 şirkəti fəaliyyət göstərir. O qədər güclüdür ki, insanlar Türkiyənin hərbi cəhətdən nə qədər güclü olduğunu anlamırlar. Ərdoğanın sayəsində (Türkiyənin) çox güclü ordusu var.”
E.ŞİRİNOV