Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünya çempionatında III turun oyunları davam edir. Tezadlar.az İTV- nin canlı efirinə istinadla xəbər verir ki, ikinci oyun günündə E qrupunun 2 görüşü baş tutub. Kurasao millisi Fil Dişi Sahili ilə qarşılaşıb. Matç Afrika təmsilçisinin 2:0 hesablı qələbəsiylə başa çatıb. Xallarının sayını 6-ya çatdıran Fil Dişi Sahili qrupu 2-ci pillədə başa vurub. Kurasao 1 xalla qrup sonuncusu olub.
Qrupun digər matçında isə Ekvador Almaniya ilə üz-üzə gəlib. Ekvador güclü rəqibi üzərində vacib qələbə qazanıb: 2:1.
Xallarının sayını 4-ə çatdıran Ekvador qrupu 3-cü sırada bitirərək 1/16 final mərhələsinə yüksəlib. Almaniya isə 6 xalla qrupu lider kimi başa vurub.
Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənib.
DÇ-2026
E qrupu, III tur
25 iyun
00:00. Kurasao – Fil Dişi Sahili 0:2
Qol: N. Pepe, 7, 64
00:00. Ekvador – Almaniya 2:1
Qol: L. Sane, 2, Anqulo, 9, Plata, 78