Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 İyul 2021 / 05:36

DÖVLƏT XÜSUSİ XİDMƏT ORQANLARINDA KÜTLƏVİ TƏMİZLƏMƏ QƏRARI VERİLDİ

Ukrayna prezidenti Vladimir Zelenski Dövlət Təhlükəsizlik Xidmətinin yüksək vəzifəli şəxsləri ilə bağlı bir sıra qərarlar verib.

Nəticədə DTX sədri İvan Bakanovun üç müavinini, həmçinin bir şöbənin müdirini və DTX-nin Çernovitsk bölgə rəhbərini vəzifəsindən azad edib. Bu barədə Prezident Aparatı məlumat yayıb. Beləliklə, Ruslan Baranetski DTX Sədrinin birinci müavini vəzifəsindən və DTX nəzdindəki Terrorla Mübarizə Mərkəzinin rəhbəri vəzifəsindən azad edilib. Vasili Malış Bakanovun birinci müavini – DTX Mərkəzi Aparatının korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin müdiri vəzifəsindən, Sergey Andruşenko isə DTX sədrinin müavini vəzifəsindən azad edilib.

Bundan əlavə, Ukrayna Təhlükəsizlik Xidmətinin informasiya təhlükəsizliyi sahəsində əks-kəşfiyyatın müdafiəsi şöbəsinin müdiri Oleksey Korneçuk və Ukrayna Təhlükəsizlik Xidmətinin Çernivtsk aparatının rəhbəri Vitaliy Monastretski  vəzifəsindən azad ediliblər. Ümumilikdə, DTX-nın tərkibində ondan çox yüksək rütbəli xüsusi xidmət orqanı əməkdaşları vəzifəsi ilə vidalaşıb.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!