Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ali təhsil müəssisələrinin V ixtisas qrupuna aid musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına iyunun 1-dən start verilib.
Tezadlar.az xəbır verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, imtahana gələn abituriyentlər (subbakalavrlar) özləri ilə şəxsiyyət vəsiqəsinin əsli, “Qabiliyyət imtahanına buraxılış vərəqəsi “, “Proqram forması”, musiqi aləti (fortepiano aləti istisna olmaqla) və ifa edəcəyi əsərlərin notlarını mütləq gətirməlidirlər.
İxtisas imtahanında abituriyent proqramı ifa etməli, ifaçılıq qabiliyyətini və səhnə mədəniyyətini nümayiş etdirməlidir. İmtahan proqramı konsertmeysterin müşayiəti ilə ifa edilməlidir. Abituriyentləri müşayiət edəcək konsertmeysterlər verilən linkə (https://eservices.dim.gov.az/wpfqab/) keçid edərək qeydiyyatdan keçməlidirlər.