Əsas məzmuna keç

Akalından jurnalistlərə sual – “Siz haradan çıxdınız?”

Türkiyəli müğənni Demet Akalın jurnalistlərlə yaşadığı dialoqla gündəmə gəlib.

Tezadlar.az Türkiyə mediasına istinadən xəbər verir ki, qarşısında jurnalistləri görən müğənni onlara “Siz haradan çıxdınız?” sualını ünvanlayıb.

Lakin media nümayəndələrinin cavabı sənətçini gözlənilməz vəziyyətə salıb. Jurnalistlər “Bizi siz çağırmısınız axı!” deyərək müğənniyə öz dəvətini xatırladıblar.

Bu cavabdan sonra Akalının üz ifadəsinin dəyişməsi diqqət çəkib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…