Əsas məzmuna keç

Nikita Xruşşovun nəticəsi Rusiyada cərimələnib

SSRİ-nin keçmiş rəhbəri Nikita Xruşşovun nəticəsi, politoloq Nina Xruşşova Rusiyada 50 min rubl (1 037 manat) məbləğində cərimələnib.

Tezadlar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xruşşova Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib və barəsində 50 min rubl məbləğində inzibati cərimə tətbiq olunub.

Xaricdə yaşayan politoloqun Rusiya hakimiyyətinin qərarları barədə həqiqətə uyğun olmayan məlumatlar yaydığı, Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxdığı və “xarici agent” elan edilmiş şəxslərin materiallarının hazırlanmasında iştirak etdiyi iddia olunur.

Qeyd edək ki, Nina Xruşşova 2026-cı il martın 13-də Rusiya Ədliyyə Nazirliyinin qərarı ilə “xarici agent” elan edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…