Əsas məzmuna keç

Jurnalist Əməkdar müəllim Gülnarə Abdullayeva ilə bağlı yazılanlara irad bildirdi: “Hadisə piyada keçidində olmayıb”

Saytlar noyabrın 23-də səhər saat 07:29-da, 2-ci mikroraroyonla üzbəüz yolda qəzada həyatını itirən 5 saylı məktəbin müəlliməsi Gülnarə Abdullayeva haqqında səhv informasiya yazırlar.

gulnare merhum

Tezadlar.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Gülnaz Qənbərli sosial media hesabında bildirib.
Onun sözlərinə görə, baş verən qəza hadisəsi müəllimə piyada keçidindən istifadə edən zaman baş verməyib və ümumiyyətlə, mərhum piyada keçidindən keçməyib:
“Bilib-bilmədən xəbər yazmayın. Hadisə yaşadığım evin qarşısında baş verib. Piyada keçidində olmayıb. Əksinə, rəhmətlik piyada keçidindən keçsəydi, indi həyatda olardı. Piyadalar cəmi beş metr məsafəni qət edib zebradan keçmək əvəzinə, hardan gəldi keçirlər. Allah Gülnarə xanıma rəhmət eləsin”.
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…