Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiyanın Ukrayna paytaxtına gecə saatlarında kütləvi zərbəsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar iyulun 3-ü Kiyevdə matəm günü elan edilib. Tezadlar.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqram kanalında bildirib. Sitat: “İyulun 3-ü Kiyevdə düşmənin kütləvi hücumunun qurbanlarının xatirəsinə həsr olunaraq matəm günü elan edilib. Həmin gün şəhərin bütün kommunal binalarında bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda, dövlət binalarında da bayraqların yarıya qədər endirilməsi tövsiyə olunur”. V.Kliçko onu da bildirib ki, hücum nəticəsində xəsarət alanların sayı 86-ya çatıb, azı 13 nəfər ölüb: “Paytaxtın Darnitski rayonunda zədələnmiş yaşayış binasında axtarış-xilasetmə əməliyyatı davam edir, orada dağıntılar altında insanlar qalmış ola bilər”.
Məlum olur ki, Rusiya ordusu Kiyevdə məhz mülki obyektləri hədəfə alıb. Bu isə hərbi cinayətdir, vandalizmdir!
SƏBUHİ

https://www.facebook.com/1077600514/videos/pcb.10238571650684807/1506018714539283