Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“AzerGold” QSC ötən ili 82,061 milyon ABŞ dolları həcmində xalis mənfəətlə başa çatdırıb.
Tezadlar.az xəbər verir ki, QSC-nin beynəlxalq auditor şirkəti – “PricewaterhouseCoopers” (PwC) tərəfindən aparılan maliyyə yoxlamalarının nəticələrinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur.
Keçən il “AzerGold”un satışdan əldə etdiyi gəlirlər 266,452 milyon ABŞ dollarına bərabər olub (bir il öncəyə nisbətən 45,8 % artım), satışın maya dəyəri 126,736 milyon ABŞ dolları (+10,6 %), mənfəət vergisi ödənişləri isə 20,280 milyon ABŞ dolları (+2,3 dəfə), maliyyə gəlirləri 4,354 milyon ABŞ dolları (+59,7 %), investisiya mülkiyyəti üzrə icarə gəlirləri isə 3,75 milyon ABŞ dolları (əvvəlki ildə bu göstərici qeydə alınmayıb), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə itkisinin geri qaytarılmasından əldə olunan gəliri 101 min ABŞ dolları (+14,4 dəfə), sair gəlirləri 847 min ABŞ dolları (-4,7 dəfə) səviyyəsində qeydə alınıb.
“AzerGold”un ümumi və inzibati məsrəfləri 33,914 milyon ABŞ dolları (+25,4 %), kəşfiyyat və qiymətləndirmə aktivlərinin dəyərdən düşməsi üzrə xərcləri 10,43 milyon ABŞ dolları (+7,3 dəfə), maliyyə məsrəfləri 1,932 milyon ABŞ dolları (-2,3 dəfə), digər əməliyyat məsrəfləri 23 min ABŞ dolları (+35,3 %) təşkil edib.
Səhmdar cəmiyyətinin iştirak payı metodu ilə uçota alınan birgə müəssisələrin maliyyə nəticələrindəki pay üzrə zərəri 128 min ABŞ dolları (əvvəlki ildə bu göstərici olmayıb) təşkil edib.
Cari ilin yanvarın 1-nə “AzerGold”un aktivlərinin ümumi dəyəri 573,624 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 20,4 % çoxdur. Hesabat dövrü ərzində səhmdar cəmiyyətinin öhdəlikləri 10,1 % artaraq 84,579 milyon ABŞ dollarına, balans kapitalı 22,3 % yüksələrək 489,045 milyon ABŞ dollarına, nizamnamə kapitalı isə 4,5 dəfə artaraq 163,706 milyon ABŞ dollarına çatıb.
Qeyd edək ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə təsis edilib. Şirkətin əsas fəaliyyət istiqaməti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə xarakterizə olunur və onun başlıca məqsədi qiymətli və əlvan metal filizi yataqlarının araşdırılması, tədqiqi, kəşfiyyatı, idarə edilməsi, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın modernləşdirilməsi və ondan effektiv istifadə, həmçinin bu sahənin inkişafına dair digər işlərin həyata keçirilməsidir.