Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2026 / 21:27

Ağdam layihəsinə 354 min manat xərclənəcək

Ağdam şəhərində 2-ci faza üzrə məcburi köçkünlər üçün ortamərtəbəli və çoxfunksiyalı yaşayış kompleksi üzrə inşa edilmiş qazanxananın mərkəzləşdirilmiş istilik təchizatı sisteminin idarə olunması işlərinə 354 008 manat xərclənəcək.

Tezadlar.az xəbər verir ki, xidməti “City Service” MMC göstərəcək.

Vəsaiti isə “Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (PHŞ) ödəyəcək. Bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Şirkətin rəhbəri Tural Hadı oğlu Rəcəblidir.

Qeyd edək ki, T.Rəcəbli mərhum sabiq deputat Hadi Rəcəblinin oğludur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!