Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 12:44

NATO sammitində iştirak etmək üçün Tramp Türkiyəyə gəlir

ABŞ Prezidenti Donald Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak etmək üçün Türkiyəyə yola düşüb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Ağ Ev lideri jurnalistlərə açıqlamasında bu səfərin yeganə səbəbkarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib. “Mən Ərdoğana görə gedirəm” deyən Tramp, Türkiyə liderini dost və hörmətli lider adlandırıb, eyni zamanda iki ölkənin müdafiə sahəsində əməkdaşlığı genişləndirə biləcəyinə işarə edib.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə Trampı “Air Force One” təyyarəsində dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, hərb naziri Pit Heqset, Ağ Evin aparat rəhbərinin müavinləri Den Skavino və Stiven Miller, Ağ Evin Kommunikasiya direktoru Stiven Çunq müşayiət edir. Bildirilib ki, Tramp və Ərdoğan arasında ikitərəfli məsələlərin müzakirə olunacağı görüş baş tutacaq. Türkiyə Prezident Administrasiyasının İletişim sədri Burhanəddin Duranın verdiyi bəyanata görə, danışıqlar zamanı Ankara-Vaşinqton əlaqələri müdafiə, ticarət və investisiya da daxil olmaqla bütün istiqamətlərdə nəzərdən keçiriləcək. Mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar ətrafında fikir mübadiləsi aparılacaq.

Çərşənbə axşamı Ankarada işinə başlayacaq NATO sammitində təhlükəsizlik və regional münaqişələrin əsas müzakirə mövzusu olacağı, Trampın isə dünya liderləri ilə görüşəcəyi gözlənilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!