Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Fransa “sabotaj və casusluq məqsədləri üçün” Avropa ölkələrini hədəf alan kiber fəaliyyətlərlə bağlı Parisdəki Rusiyanın səfirini Xarici İşlər Nazirliyinə çağırmağa hazırlaşır.
Tezadlar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro RMC və BFMTV-yə müsahibəsində Rusiyanın “sabotaj və casusluq məqsədləri ilə onlarla Avropa ölkəsini hədəf alan genişmiqyaslı kiberhücum kampaniyaları” apardığını bildirib.
Barrot bu fəaliyyətlərə diplomatik səviyyədə cavab verəcəklərini bildirib və Parisdəki Rusiyanın səfirinin yaxın günlərdə Xarici İşlər Nazirliyinə çağırılacağını açıqlayıb.
9 ŞƏXS VƏ 4 TƏŞKİLATA SANKSİYALAR YOLDA
Barrot həmçinin bu kiber əməliyyatlarla əlaqəli olduğu iddia edilən 9 şəxsə və 4 təşkilata sanksiyalar tətbiq olunacağını açıqlayıb və bildirib:
“Biz həmçinin FTX tərəfindən təşkil edilən bu kiber kampaniyaya görə məsul olan doqquz şəxsə və dörd təşkilata sanksiyalar tətbiq edəcəyik.”
Rusiya ilə Ukrayna arasındakı müharibə dördüncü ilinə qədəm qoyduqca, bir çox Avropa ölkəsi Moskvanı ictimai rəyi manipulyasiya etməyə və kiberhücumlar vasitəsilə seçki proseslərinə təsir göstərməyə çalışmaqda ittiham edir. Rusiya bu iddiaları rədd edir.
ELBAR