Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 İyul 2026 / 09:45

Rusiyada tanınmış reperin terror planında iştirak etdiyi deyilir

Rusiya güc strukturları Moskva vilayətində strateji müdafiə sənayesi obyektinə dron hücumunun və Müdafiə Nazirliyinin zabitlərinə qarşı terror hücumlarının qarşısını alıb. Tezadlar.az e1.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb. Bildirilib ki, “cinayətkar saxlanılıb və onunla əlbir olanlardan biri müqavimət göstərərkən öldürülüb”. FTX partlayıcı qurğulu dronları daşıyan yükün Slovakiya, Polşa və Belarus vasitəsilə Moskva vilayətinə çatdırıldığını açıqlayıb. “Moskva bölgəsinə çatdırılan keramika plitələri ilə dolu yükdə partlayıcı maddələrlə yüklənmiş otuz beş FPV tipli dron aşkar edilib. PUA-lar Rusiyaya göndərilməzdən əvvəl kamuflyaj edilib və yığılıb, yük isə nəzərdə tutulan hədəfin yaxınlığında icarəyə götürülmüş anqarda saxlanılıb”, – FTX-nin məlumatında qeyd olunub. FTX-dan o da bildirilib ki, tanınmış ukraynalı bloger və reper “Kyivstoner” (əsl adı – Albert Vasilyev) Moskva vilayətində dronlarla terror hücumunun təşkilində iştirak edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!