Əsas məzmuna keç

Oğlu Zaur Rzayevin vəsiyyətini açıqlayıb: “Yasını, dəfnini çəkib şoulaşdırmasınlar…”

Xalq artisti Zaur Rzayev ötən gün dünyasını dəyişib.

Tezadlar.az xəbər verir ki, müğənnin oğlu Nadir Rzayev atasının vəsiyyətini axşam.az-a açıqlayıb. O bildirib ki, atası yas mərasiminin çəkilməsini istəməyib:

“Atamın vəsiyyəti bu olub. Onun yasını, dəfnini çəkib şoulaşdırmasınlar. Bizim ailə belə hallardan uzaqdır. Hamıdan xahiş edirəm, atamın vəsiyyətinə hörmətlə yanaşılsın. Atamın nəşi evimizdən götürüləcək. Bilirik, hamı öz işini görür. Amma Zaur Rzayevin də istəyi bu olub”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…