14 İyul 2026 / 12:32

Oman sahillərində tanker raketlə vurulub

Oman sahillərində tankerə hücum edilib. Tezadlar.az  xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb. Məlumata görə, tanker raket hücumuna məruz qalıb. Bəzi media orqanlarında sözügedən tankerin Hörmüz boğazının cənub marşrutundan keçdiyi üçün İran tərəfindən hücuma məruz qaldığı ilə bağlı iddialar yer alıb. Hadisənin təfərrüatları araşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!